Dünyada koronavirusla bağlı hazırki vəziyyət - SON RƏQƏMLƏR

 Dünyada koronavirusla bağlı hazırki vəziyyət -  SON RƏQƏMLƏR
  16 Mart 2020    Oxunub:12582
Dünyada koronavirusla bağlı son durum açıqlanıb.
Azvision.az Worldometers.info -a istinadən xəbər verir ki, bu günədək 169 min 612 nəfər yeni növ koronavirusa yoluxub, 6518 nəfər ölüb.

Virusa yoluxmuş 77 min 776 xəstə sağalıb. Yerdə qalan 85318 nəfərdən 79397-nin vəziyyəti qənaətbəxş hesab olunur. 5921 xəstənin durumu orta-ağır qiymətləndirilir.

Bu günə kimi koronavirusa dünyanın 157 ölkəsində rast gəlib. Virusa ən çox yoxulma halı Çində (80860 nəfər) qeydə alınıb. Bu ölkədə virusdan ölənlərin sayı 3213 nəfərə çatıb. Son sutka ərzində yoluxanların sayı cəmi 16 nəfər olub. Son 12 saat ərzində 14 nəfər isə ölüb.

Koronavirusun yayılmasına görə ikinci sırada İtaliyadır. Bu ölkədə 24747 nəfər xəstə qeydə alınıb. Onlardan 1809 nəfəri dünyasını dəyişib.

Üçüncü sırada yer alan İranda 13938 nəfərdə virus aşkarlanıb. Xəstələrdən 724 nəfəri ölüb. Hesabat dövründə yoluxma faktı qeydə alınmayıb.

Dördüncü yerdə qərarlaşan Cənubi Koreyada 8236 virusa yoluxma halı təsdiqlənib. 75 nəfər dünyasını dəyişib. 74 yeni yoluxma faktı qeydə alınıb.

Ümumilikdə isə son 12 saat ərzində Çin daxil olmaqla digər ölkələrdə 194 yeni yoluxma faktı qedə alınıb, 15 nəfər virusdan dünyasını dəyişib.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti