Komitə sədri: “Manat üçün heç bir təhlükə yoxdur”

  16 Mart 2020    Oxunub : 1328
 Komitə sədri: “Manat üçün heç bir təhlükə yoxdur”
“Manatın dəyərdən düşməsi ilə bağlı heç bir təhlükə yoxdur. Dövlət tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilir”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri Bəxtiyar Əliyev deyib.

Onun sözlərinə görə, koronavirus dünyada iqtisadi inkişaf tempinə mənfi təsir göstərir: “Dövlət vətəndaşının bütün qayğıları, eləcə sahibkarların narazılıqlarının qarşısının alınması üçün bütün tədbirləri görür. “Əmanətlərin sığortalanması haqqında” qanun qəbul edilib, bundan sonra da bu istiqamətdə addımlar atılacaq”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Deputat   Milli-Məclis   Komitə