Narkotik satan ərlə arvad tutuldu

   Narkotik satan ərlə arvad tutuldu
  16 Mart 2020    Oxunub:1986
Xətai RPİ 35-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini R.Abdullayev saxlanılıb
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 5 qramdan artıq heroin və metamfetamin götürülübş

Polis əməkdaşları tərəfindən narkotik vasitəni ona satmaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri M.Məmmədov və həyat yoldaşı müəyyən edilərək saxlanılıblar. Şəxsi axtarış zamanı M.Məmmədovdan 5 qrama yaxın heroin və həyat yoldaşından isə 8 qrama yaxın heroin və 5 qrama yaxın metamfetamin aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onların kirayədə yaşadıqları mənzildən isə əlavə olaraq 331 qrama yaxın heroin, 75 qrama yaxın metamfetamin və 35 ədəd metadon aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti