Deputat məcburi köçkünlərlə bağlı məsələ qaldırdı

Deputat məcburi köçkünlərlə bağlı məsələ qaldırdı
  16 Mart 2020    Oxunub:2907
“Məcburi köçkünlərin statusu ilə bağlı bir sıra çətinliklər var”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, dövlət başçısının bu kateqoriyadan olan şəxslərə xüsusi diqqəti var: “Bundan əlavə, məcburi köçkünlərin kompensasiyası ilə əlaqədar müəyyən problemlər var. Hesab edirəm ki, bununla bağlı məsələyə yenidən baxılmalıdır”.

V.Bayramov, həmçinin qeyd edib ki, “Gəlirlərin deklorasiyası haqqında” qanunun qəbul olunmasına ehtiyac var.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Deputat   Vüqar-Bayramov  





Xəbər lenti