“Yaxşı həkimin reklama ehtiyacı yoxdur” - Musa Quliyev

“Yaxşı həkimin reklama ehtiyacı yoxdur” -    Musa Quliyev
  16 Mart 2020    Oxunub:1976
“Bəzi özəl televiziyalarda şou proqramlara yenidən baxılmalıdır. Çünki bəzi aparıcılar ölkənin balaca səhiyyə naziri olublar”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

O bildirib ki, aparıcılar bir çox həkimi reklam edərək onların bir nömrəli həkim olduğunu vurğulayırlar: “Guya bu həkimdən yoxdur. Yanına getsəniz sizi sağaldacaq. Hesab edirəm ki, bunun üçün “Reklam haqqında” qanuna baxılmalıdır. Yaxşı həkimin reklama ehtiyacı yoxdur. Özünü reklam edənə tənqidi yanaşmaq lazımdır”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti