Qadağan olunan məlumatı yayanlar cərimələnəcək

 Qadağan olunan məlumatı yayanlar cərimələnəcək
  16 Mart 2020    Oxunub:1873
İnternet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanı yerləşdirənlər cərimələnəcək.
Azvision.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.

İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya telekommunikasiya şəbəkəsinin istifadiçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək miqdarda cərimələməcək, yaxud işin hallarına görə, xətanı törədənlərin şəxsiyyəti nəzərə alınmaqla 1 ayadək müddətdə inzibati həbs tətbiq ediləcək, hüquqi şəxslər isə 1500 manatdan 2000 min manatadək məbləğdə cərimə ediləcək.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Qadağa   Cərimə  





Xəbər lenti