Prezident irlandiyalı həmkarını təbrik edib

Prezident irlandiyalı həmkarını təbrik edib
  16 Mart 2020    Oxunub:2007
Prezident İlham Əliyev İrlandiyanın Prezidenti Maykl Higginsə təbrik məktubu ünvanlayıb.
Azvision.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müqəddəs Patrik Günü münasibətilə Sizi və İrlandiya xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu xoş fürsətdən istifadə edərək Sizə cansağlığı, uğurlar, xalqınıza rifah arzulayıram”.

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident   Təbrik  





Xəbər lenti