Azərbaycanda karantində olanların sayı açıqlandı

 Azərbaycanda karantində olanların sayı açıqlandı
  16 Mart 2020    Oxunub:5566
“İndiyə qədər xəstəlik aşkar olunmadığı üçün 711 nəfər karantindən evə buraxılıb, hazırda karantində 560 nəfər var”.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Milli Məclisin Səhiyyə, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında koronavirusla bağlı mübarizə sahəsində görülən işlər, mövcud durum vəziyyət barədə məlumat verərkən bildirib.

O bildirib ki, ümumilikdə 25 nəfərdə koronavirus aşkarlanıb: “Onlardan 7 nəfərdə inkubasiya dövrü bitib və həmin şəxslər sağalaraq evə buraxılıblar”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Koronavirus   Karantin  





Xəbər lenti