“Bu günə kimi 4200-ə qədər müayinə aparılıb” - TƏBİB sədri

  16 Mart 2020    Oxunub : 1437
 “Bu günə kimi 4200-ə qədər müayinə aparılıb” - TƏBİB sədri
“Biz gün ərzində 5 mindən çox insanı sürətlə və yüksək dəqiqliklə test etmək imkanına malikik”.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında koronavirusla bağlı mübarizə sahəsində görülən işlər, mövcud durum vəziyyət barədə məlumat verərkən bildirib.

Onun sözlərinə görə, bu günə kimi 4200-ə qədər müayinə aparılıb.

R.Bayramlı qeyd edib ki, Azərbaycan koronavirusla mübarizə aparmaq üçün kifayət qədər dərman və tibbi ləvazimat ehtiyatlarına malikdir.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Karantin   Koronavirus