Ali Məhkəmə müraciətlərə onlayn qaydada baxacaq

Ali Məhkəmə müraciətlərə onlayn qaydada baxacaq
  16 Mart 2020    Oxunub:1907
Ali Məhkəmə vətəndaşların müraciətlərini onlayn qaydada aparacaq.
Azvision.az Ali Məhkəmənin saytına istinadən xəbər verir ki, koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq vətəndaşlardan aşağıdakılar xahiş olunur:

- vətəndaşların Ali Məhkəməyə ünvanladığı yazılı müraciətləri poçt və ya [email protected] e-poçt vasitəsilə göndərmələri, habelə www.supremecourt.gov.az saytından onlayn müraciət etmələri;

- vəkillərin kasasiya, əlavə kasasiya şikayətləri və digər prosessual müraciətləri poçt vasitəsilə göndərmələri;
ƏTRAFLI
optimal.az

- yazılı müraciətlərin məktublar qutusuna atılması;

Qeyd. Vətəndaşlar müraciətlərinin operativ araşdırılması, yaranan sualların cavablandırılması və qəbulla əlaqədar vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin işçiləri ilə əlaqə saxlaya bilərlər.

Telefon: 4890707 (daxili nömrələr: 18115, 18102, 18112, 18104).

Azvision.az


Teqlər: Ali-Məhkəmə  





Xəbər lenti