Azərbaycanın Misirdəki səfirliyində "qaynar xətt" yaradıldı

Azərbaycanın Misirdəki səfirliyində "qaynar xətt" yaradıldı
  17 Mart 2020    Oxunub:1483
Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyi bu ölkədə yaşayan vətəndaşlarımız üçün “qaynar xətt” yaradıb.
Səfirlikdən Azvision.az -a verilən məlumata görə, Misirdəki diplomatik missiyamızda bu ölkədə yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan vətəndaşları üçün 24 saat açıq olan “qaynar xətt” ( +20 1029490486) yaradılıb.

Misirdə fəaliyyət göstərən diaspor təşkilatı da "qaynar xətt"lə əlaqədar Qahirə universitetlərində təhsil alan tələbələri məlumatlandırıb.

Azvision.az


Teqlər: Misir   Səfirlik  





Xəbər lenti