Türkiyədə bütün ictimai obyektlər bağlanır

   Türkiyədə bütün ictimai obyektlər bağlanır
  17 Mart 2020    Oxunub:2788
Türkiyənin 81 şəhərində ictimai və sosial obyektlərin fəaliyyəti müvəqqəti dayandırılır.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, koronavirusun yayılmasının qarşısının alınması məqsədilə bir sıra qərarlar qəbul olunub.

Belə ki, yerli vaxtla saat 00:00-dan etibarən Türkiyədə əyləncə mərkəzləri, idman salonları, kino və teatr salonları, o cümlədən insanların kütləvi şəkildə toplaşa biləcəyi bütün ictimai obyektlərin fəaliyyəti dayandırılacaq.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti