Bu gün İtaliyadakı azərbaycanlılar Bakıya gətiriləcək

Bu gün İtaliyadakı azərbaycanlılar Bakıya gətiriləcək
  17 Mart 2020    Oxunub:1799
İtaliyadakı epidemioloji vəziyyətlə əlaqədar bu ölkədən Azərbaycana qayıtmaq istəyi ilə səfirliyə müraciət etmiş Azərbaycan Respublikası vətəndaşları üçün 17 mart 2020-ci il tarixində axşam saatlarında Roma şəhərindən Bakıya birbaşa çarter reysi həyata keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycanın İtaliyadakı səfirliyinin "Facebook" səhifəsində məlumat yayılıb.

"Səfirlik əməkdaşları aidiyyəti məsələ ilə bağlı müraciət etmiş vətəndaşlarımızın əksəriyyəti ilə fərdi qaydada əlaqə saxlayaraq onların Vətənə qaytarılması ilə əlaqədar müvafiq təşkilati məsələlər haqqında onları məlumatlandırıb.

Səfirliyə müraciət etmiş bəzi vətəndaşlarımızla telefon rabitəsinin qurulmasında çətinliklərin olduğunu nəzərə alaraq, aidiyyəti məsələ ilə bağlı səfirlikdən zəng qəbul etməmiş vətəndaşlarımızdan təcili olaraq səfirliklə əlaqə saxlamaqları xahiş olunur.

Telefon nömrəsi: 06 85305557

Qaynar xətt: 349 8155582", - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: İtaliya  





Xəbər lenti