Türkiyədən qayıdacaq azərbaycanlılar üçün uçuş vaxtı

  17 Mart 2020    Oxunub : 824
Türkiyədən qayıdacaq azərbaycanlılar üçün uçuş vaxtı
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırıldığından Azərbaycana qayıtmaq istəyən şəxslərlə bağlı növbəti çarter reys həyata keçiriləcək.
Türk Hava Yollarından Azvision.az -a verilən məlumata görə, Bakıya olan uçuşa yalnız Azərbaycan vətəndaşları, İstanbul şəhərinə nəzərdə tutulan uçuşa isə Türkiyə vətəndaşları qəbul ediləcək.

TK 68 90-91:

ISTANBUL -GYD -11:00 (Yerli vaxtla) sadəcə Azərbaycan vətəndaşları

Azvision.az

Teqlər: Türkiyə   Təyyarə