“İslahatlar bundan da çətin günlərə hesablanıb” - Komitə sədri

“İslahatlar bundan da çətin günlərə hesablanıb” -  Komitə sədri
  17 Mart 2020    Oxunub:2076
“Prezident İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl islahatlar Azərbaycan iqtisadiyyatını bu günə və eyni zamanda bundan da çətin günlərə hazırlamağa hesablanıb”.

Azvision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi, siyasət və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxış edən komitə sədri Tahir Mirkişili deyib.
Deputat bildirib ki, Azərbaycan iqtisadiyyatının kifayət qədər imkanları mövcuddur: “Son zamanlar neftin qiymətində baş verən hadisələr və Azərbaycan iqtisadiyyatının bu hadisələrə reaksiya verməsi üçün kifayət qədər imkanlara sahib olması onu deməyə əsas verir ki, həyata keçirilən islahatların nəticəsi qısa zaman ərzində öz nəticəsini verir və bu islahatlar bu günə və sabaha hesablanmış islahatlardır. Hesab edirəm ki, bundan sonra da baş verən hadisələrdə neftin qiymətinin indikindən də aşağı düşməsi ssenarisində hadisələrdən yan keçmək, əhalinin maddi rifah halını qorumaq və əhalini digər hadisələrdən qorumaq üçün Azərbaycan iqtisadiyyatının kifayət qədər imkanları mövcuddur”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Parlament  





Xəbər lenti