Deputat: “Rəqabət Məcəlləsinin qəbulu çox vacibdir”

Deputat: “Rəqabət Məcəlləsinin qəbulu çox vacibdir”
  17 Mart 2020    Oxunub:1711
“Keçən sessiyada bizi arxayın etdilər ki, Rəqabət Məcəlləsinin üzərində iş gedir”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi, siyasət və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

“Görünür ki, həmin məcəllənin qəbul olunmasına qarşı olan məmurlar var. Hesab edirəm ki, Rəqabət Məcəlləsi bu il komitənin iş planına salınmalı və Milli Məclisin iclasına çıxarılmalıdır. Bu məcəllənin qəbulu çox vacibdir”,- deyə deputat vurğulayıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Rəqabət   Məcəllə  





Xəbər lenti