Koronavirusla bağlı cərimələr müəyyənləşdi - MƏBLƏĞ

Koronavirusla bağlı cərimələr müəyyənləşdi -  MƏBLƏĞ
  17 Mart 2020    Oxunub:23242
Azərbaycanda epidemiya əleyhinə rejimi pozanlar cərimə ediləcəklər.
Azvision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsinə dəyişiklik edilib.

Dəyişikliyə əsasən, epidemiya əleyhinə rejimin sanitariya-gigiyena və karantin rejiminin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər isə 2000 manatdan 5000 manatadək məbləğdə cərimələnəcək.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Cərimə  





Xəbər lenti