Özəl klinikalarda yoxlamalara başlanılır

 Özəl klinikalarda yoxlamalara başlanılır
  17 Mart 2020    Oxunub:3114
Azərbaycanda özəl tibb müəssisələrində yoxlamalar keçiriləcək.
Azvision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik edilib.

Qeyd edək ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən, 2015-ci il noyabrın 1-dən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Klinika   Yoxlama  





Xəbər lenti