Azərbaycana yeni tibbi avadanlıqlar gətirilir

 Azərbaycana yeni tibbi avadanlıqlar gətirilir
  17 Mart 2020    Oxunub:2919
“Ölkəmizdə kifayət qədər avadanlığın olmasına baxmayaraq, cənab Prezidentin tapşırığı ilə Azərbaycana qoruyucu vasitələr, avadanlıqlar gətirilib və gətirilməsi davam etdirilir”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir: “Ölkəmizdə kifayət qədər qoruyucu vasitələr var. Koronavirusdan qorxmaq lazımdır sualı verilsə, deyərəm ki, qorxmaq lazımdır. Koronavirus çox təhlükəli bir infeksiyadır. Amma panikanın yayılması bu virusa qarşı tədbirlərin görülməsini zəiflədə bilər. Dövlət əlindən gələni edir. Hər birimiz də şəxsi gigiyenamıza diqqət etməliyik”

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Koronavirus   Tibb  





Xəbər lenti