Deputatların operativ qərargahda təmsil olunması təklif edildi

Deputatların operativ qərargahda təmsil olunması təklif edildi
  17 Mart 2020    Oxunub:2450
Parlament üzvlərinin də Nazirlər Kabineti yanında operativ qərargahda təmsil olunması təklif edilib.
Azvision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc belə bir təkliflə çıxış edib.

Komitə sədri qeyd edib ki, operativ qərargah informasiya məkanında ciddi addımlar atır. Onun sözlərinə görə, bu addımlar vətəndaşlar tərəfindən dəstəklənir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Zahid-Oruc  





Xəbər lenti