“Kişilərin öpüşməməsi üçün təbliğat aparmalıyıq” - Vitse-spiker

 “Kişilərin öpüşməməsi üçün təbliğat aparmalıyıq” -    Vitse-spiker
  17 Mart 2020    Oxunub:4356
“Bizim toxunulmazlıq hüququmuz var, ancaq koronavirusdan toxunulmazlıq səlahiyyətimiz yoxdur”.
Azvision.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin vitse-spikeri Adil Əliyev deyib.

Deputat bildirib ki, insanlar təmasdan yayınmalıdır: “Vətəndaşlara çatdırmalıyıq ki, təmaslardan yayınsınlar. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik etməkdə bizim məqsədimiz insanları cərimələmək deyil, insanları təmasdan yayındırmaqdır. Hesab edirəm ki, hər kəs Nazirlər Kabineti yanında operativ qərərgahın qaydalarına ciddi şəkildə əməl etməlidir. Xüsusilə də kişilərin görüşən zaman opüşməsinin qarşısını almaq üçün təbliğat aparmalıyıq”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Adil-Əliyev   Milli-Məclis  





Xəbər lenti