“Anamın xəstəliyi tam sağalmır” - Xalq artistinin oğlu

  17 Mart 2020    Oxunub : 1691
“Anamın xəstəliyi tam sağalmır” - Xalq artistinin oğlu
“Hazırda anamın vəziyyəti normaldır. Əsməsi və tənginəfəsliyi nisbətən zəifləyib”
Bunu Azvision.az -a Xalq artisti Elmira Rəhimovanın oğlu Anand Rəhimov deyib.

“Anam bir ay klinikada yatdı. Ondan sonra vəziyyəti stabilləşib. Əsməsi və tənginəfəsliyi səngiyib. Onun xəstəliyi elədir ki, tam sağalmır, sadəcə orta səviyyədə qalır. Müalicəsini davam etdirməsi həkimlərin qərarından asılı olacaq”.



A.Rəhimov vurğulayıb ki, koronavirusun yayılmasına görə təşviş keçirmirlər: “Elmira xanım qorxaq insanlardan deyil. Biz onunla normal gəzməyə çıxırıq, marketə də gedirik. Panikaya qapılmırıq. Normal, salamat və məntiqli insanlarıq. Çalışırıq ki, hər zaman addımımızı fikirləşib, sonra ataq”.

Qeyd edək ki, müğənni uzun müdətdir təzyiq, şəkər xəstəliyindən və əsmədən əziyyət çəkir.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: ElmiraRəhimova   Xalq-artisti