Geoloji parklarda ov etmək qadağan olunur

  17 Mart 2020    Oxunub : 1584
 Geoloji parklarda ov etmək qadağan olunur
Azərbaycanda geoloji parklarda ovçuluğun həyata keçirilməsi qadağan edilir.
Azvision.az xəbər verir ki, bununla bağlı “Ovçuluq haqqında” qanuna dəyişiklik təklif olunur.

Qanun 21-ci maddəsinə (Ovçuluq təsərrüfatlarının təşkili və kateqoriyaları) təklif edilən dəyişikliyə əsasən, ov yerlərinə yaşayış məntəqələrinin, sənaye, təsərrüfat və hərbi obyektlərin, dövlət təbiət qoruqlarının əraziləri, milli, geoloji və təbiət parklarının xüsusi mühafizənin hüquqi rejimi tətbiq olunan fəaliyyət zonaları aid edilə bilməz və bu ərazilərdə ovçuluğun həyata keçirilməsi qadağan edilir.

Dəyişiklik layihəsi parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis   Ov   Qadağa