Geoloji parklar xüsusi mühafizə olunacaq

 Geoloji parklar xüsusi mühafizə olunacaq
  17 Mart 2020    Oxunub:2372
Azərbaycanda xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərin sırası genişləndirilir.
Azvision.az xəbər verir ki, bununla bağlı “Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişiklik təklif edilir.

Qanunun 62-ci maddəsinə (Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri) yeni 2.9-cu bənd əlavə olunur. Yeni bəndə əsasən, geoloji parklar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərin sırasına daxil edilir.

Dəyişiklik layihəsi Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Park  





Xəbər lenti