Polşadakı azərbaycanlılara xəbərdarlıq olundu

   Polşadakı azərbaycanlılara xəbərdarlıq olundu
  17 Mart 2020    Oxunub:1665
Son günlərdə Polşa ərazisində koronavirusa (COVID-19) yoluxanların sayında artımın qeydə alınması ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyi Vətənə gəlmək istəyənlər üçün viza məhdudiyyətləri tətbiq edib.
Azvision.az xəbər verir ki, viza üçün müraciətlərdə ancaq xüsusi hallar nəzərə alınacaq. Bu hallarda xüsusi tibbi göstərişlər də tələb olunacaq.

Polşada yaşayan azərbaycanlılar arasında da virusa yoluxma şübhəsi yarandıqda bu ölkənin Milli Səhiyyə Fondunun telefon nömrəsi ilə əlaqə saxlamaq mütləqdir (Polyak və ya ingilis dillərində). Əlaqə telefonu: 800-190-590.

Azvision.az


Teqlər: Polşa  





Xəbər lenti