UEFA AVRO-2020-nin təxirə salındığını rəsmən açıqladı

  17 Mart 2020    Oxunub : 1822
 UEFA AVRO-2020-nin təxirə salındığını rəsmən açıqladı
UEFA cari ilin iyun-iyul aylarında keçirilməsi planlaşdırılan AVRO-2020-nin koronavirus epidemiyası ilə əlaqədar təxirə salındığını rəsmən açıqlayıb.
Azvision.az xəbər verir ki, bu barədə UEFA-nın 55 ölkənin federasiya nümayəndəsi ilə keçirilən videokonfransından sonra qərar verilib.

Turnirin gələn il 11 iyun-11 iyul tarixlərində keçiriləcəyi bəyan edilib.

Azvision.az

Teqlər: Avro-2020