Bu gündən Azərbaycan-Rusiya sərhədi bağlandı

  18 Mart 2020    Oxunub : 2538
 Bu gündən Azərbaycan-Rusiya sərhədi bağlandı
Bu gündən etibarən Azərbaycanla Rusiya arasında dövlət sərhədi müvəqqəti bağlanıb.
Azvision.az xəbər verir ki, bununla bağlı Azərbaycanın Baş Naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında razılıq əldə olunub.

Razılığına əsasən, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərləri 2020-ci il 18 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılıb. Yalnız yük maşınlarının sürücülərinin gediş-gəlişinə icazə veriləcək.

Qeyd edək ki, ölkəyə qayıtmaq istəyən Azərbaycan vətəndaşları üçün çarter uçuşları təşkil ediləcək.

Azvision.az

Teqlər: