Azərbaycanda daha 4 nəfər koronavirusdan sağaldı

   Azərbaycanda daha 4 nəfər koronavirusdan sağaldı
  18 Mart 2020    Oxunub:7873
Azərbaycan Respublikasında koronavirus infeksiyasına yoluxduğu müəyyən edilmiş 4 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Azvision.az-a Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

Bildiriib ki, hazırda Azərbaycanda 23 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

"Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq", - deyə məlumatda qeyd olunub.

Azvision.az



Teqlər: Koronavirus   Qərargah  





Xəbər lenti