Deputatlar bank rəhbərləri ilə görüşmək istəyirlər

Deputatlar bank rəhbərləri ilə görüşmək istəyirlər
  18 Mart 2020    Oxunub:1391
"Koronavirusla bağlı xüsusi rejimin elan edildiyi vaxtda banklar kredit ödənişləri ilə əlaqədar vətəndaşlara güzəşt etməlidir. Bizim bundan başqa bir sıra təkliflərimiz var"
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib. Onun sözlərinə görə, sahibkarlara güzəşt edilməsi üçün rəsmi qərar verilə bilər.

"Baş Nazir tərəfindən Nazirlər Kabineti yanında operativ qərargahda mütəmadi iclaslar keçirilir. Ola bilsin ki, qərar verilsin. Amma biz Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi olaraq bankların rəhbərləri ilə görüşməyi planlaşdırırıq. Bir sıra məsələlər var ki, onları araşdırmaq istəyirik", - deyə deputat bildirib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Vahid-Əhmədov   Milli-Məclis  





Xəbər lenti