Sabahdan qatarların hərəkəti dayandırılır - SİYAHI

   Sabahdan qatarların hərəkəti dayandırılır -    SİYAHI
  18 Mart 2020    Oxunub:2536
Sabahdan martın 29-na qədər Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Bakı elektrik qatarları istisna olmaqla, ölkədaxili sərnişin qatarlarının hərəkəti dayandırılır.
Azvision.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin yaydığı məlumatda bildirilib.

Söhbət aşağıdakı qatarlardan gedir:

- Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı

- Bakı-Tbilisi-Bakı (Böyük Kəsikə kimi) sərnişin qatarı

- Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarı

- Bakı- Köçərli -Balakən-Bakı sərnişin qatarı

- Bakı-Astara-Horadiz-Bakı sərnişin qatarı

- Bakı-Yalama-Bakı elektrik qatarı

- Bakı-Şirvan-Hacıqabul-Bakı elektrik qatarı

Qatarlara alınan biletlər geri qaytarılarkən gediş haqqı məbləği tam şəkildə sərnişinlərə qaytarılır. Bu gün isə Bakıdan yola düşən ölkədaxili bütün qatarlar gündəlik qrafikə uyğun hərəkət edəcək.

Azvision.az


Teqlər: Dəmiryolu  





Xəbər lenti