“İnsanlar bir yerə toplaşmalı deyillər” - TƏBİB rəsmisi

“İnsanlar bir yerə toplaşmalı deyillər” -  TƏBİB rəsmisi
  18 Mart 2020    Oxunub:3754
"Hazırda ölkəmizdə 23 nəfər koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır".

Azvision.az xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
Şöbə müdiri insanların evlərdə toplaşması məsələsinə münasibət bildirib: "Təəssüf ki, bunu kənarlardan, həmçinin, öz yaxınlarım və tanıdığm insanlardan eşidirəm ki, insanlar ev içində yığışmağa davam edirlər. Bu, çox pis münasibətdir. Əgər, məktəblər bağlanırsa, kafe və restoranlara məhdudiyyət qoyulursa, demək insanlar bir yerə toplaşmalı deyillər. Hazırda bu fikiri bizim camaata çatdırmaq əsas işimizdir. Biz üzərimizə düşən işi görürük".

Azvision.az


Teqlər: TƏBİB   Müdir  





Xəbər lenti