Komitənin 60 yaşdan yuxarı işçiləri evə buraxıldı

  18 Mart 2020    Oxunub : 2025
 Komitənin 60 yaşdan yuxarı işçiləri evə buraxıldı
Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı”nın icrası ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində də tibbi-profilaktik, dezinfeksiyaedici işlər və digər qabaqlayıcı tədbirlər görülür, əməkdaşlara koronavirusun yaratdığı fəsadlar və onunla mübarizə üsulları barədə məlumatlar verilir, lazımi profilaktik tədbirlər həyata keçirilir.
Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, Baş Nazir Əli Əsədov tərəfindən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət qurumlarının rəhbərlərinə ünvanladığı məktubda qeyd olunan tapşırıqları əsas götürərək Dövlət Komitəsinin 60 yaşdan yuxarı olan işçiləri, azyaşlı övladı olan əməkdaşlarının məsafəli şəkildə fəaliyyəti təmin edilib.

Bundan əlavə, vətəndaş müraciətlərinin yalnız elektron və telefon vasitəsilə qəbulu, Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində əməkdaşların hazırlanmış siyahı üzrə növbəli iş rejimində çalışması üçün lazımi tədbirlər görülüb.

Vətəndaşlardan təcili müraciətlər zamanı (012) 493-58-72 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Azvision.az

Teqlər: Koronavirus