Əli Kərimli məhkəməyə gəlmədi, vəkil "mənlik deyil" dedi
Məhkəmədə şahid qismində AXCP-nin Cəbrayıl rayon şöbəsinin sabiq sədri Fuad Məstəliyev çıxış edib. O, şikayətçi Aydın Əliyevin partiyadan kənarlaşdırılmasının səbəbi barədə məlumatsız olduğunu bildirib.
"Rayon şöbəsində Aydın Əliyevin partiyadan çıxarılması ilə bağlı müzakirələr olmayıb. Mənə Əli Kərimli dedi ki, onu Rəyasət Heyətinin qərarı ilə partiyadan kənarlaşdırmışıq".
Bəhruz Bayramov isə partiyanın qərarlarına cavabdeh olmadığını, prosesdə yalnız Əli Kərimlinin vəkili kimi çıxış etdiyini bildirib.
Aydın Əliyev çıxışında Əli Kərimli tərəfindən AXCP-nin nizamnaməsinin kobud şəkildə pozulduğunu, onun qanunsuz olaraq partiyadan uzaqlaşdırıldığını vurğulayıb.
Çıxışlardan sonra hakim Rəşid Səmədov növbəti məhkəmə iclasının aprelin 3-də keçiriləcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, AXCP sədri Əli Kərimli özü məhkəmə prosesində iştirak etməyib.
Bəxtiyar Məmmədov
Azvision.az