ATƏT Qarabağda monitorinqləri dayandırdı

 ATƏT Qarabağda monitorinqləri dayandırdı
  19 Mart 2020    Oxunub:2988
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kasprşik bəyanat yayıb.
Azvision.az -ın məlumatına görə, bəyanatda bildirilir ki, koronavirus infeksiyasının yayılması ilə əlaqədar mövcud vəziyyət bölgədə beynəlxalq sərhədlərin bağlanmasına, səyahətlər üçün məhdudiyyətlərə səbəb olub.

Qeyd olunub ki, infeksiya riskinin azaldılması üçün şəxsi təmaslara da məhdudiyyətlər mövcuddur: "Yuxarıda göstərilənlərə əsasən və tərəflərlə məsləhətləşmələrdən sonra bu məhdudiyyətlər aradan qaldırılana qədər monitorinqlərin dayandırılması qərara alındı".

Azvision.az



Teqlər: ATƏT   Koronavirus  





Xəbər lenti