Çində 70,4 min nəfər koronavirusdan sağalıb

 Çində 70,4 min nəfər koronavirusdan sağalıb
  19 Mart 2020    Oxunub:2213
Çində yeni növ koronavirusa yoluxanların sayı 80,9 min nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Çinin Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, indiyədək virusa yoluxanlardan 3245 nəfər ölüb, 70,4 min xəstə sağalıb.

Çində son sutka ərzində 34 yeni yoluxma halı qeydə alınıb, 8 nəfər dünyasını dəyişib.

Azvision.az


Teqlər: Çin  





Xəbər lenti