Banklar müştərilərə güzəşt edəcəklər? - AÇIQLAMA

  Banklar müştərilərə güzəşt edəcəklər? -    AÇIQLAMA
  19 Mart 2020    Oxunub:3979
Dünyada koronavirusla əlaqədar investisiya bankları tərəfindən qlobal böhran elan edilib. Ticari əlaqələrin zəifləməsi səbəbindən bir sıra ölkələrdə banklar tərəfindən vətəndaşlara güzəştlər tətbiq edilir.
Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev məsələ ilə bağlı Azvision.az -a açıqlamasında bildirib ki, hazırda ölkəmizdə banklar koronavirusla bağlı vəziyyəti ciddi nəzarətdə saxlayır.

“Hazırki mərhələdə banklar tərəfindən vəziyyət nəzarətdə saxlanılmaqla öyrənilir. Hansı ehtiyacların və zərurətlərin olduğu araşdırılır. İndiyədək hər hansı ehtiyac və zərurət yaranmayıb, mövcud deyil. Ona görə biz vəziyyəti izləyir, diqqətlə nəzarətdə saxlayırıq. Əgər hər hansı bir ehtiyac yaranarsa, banklar çevik reaksiya verəcəklər”, - deyə ABA sədri qeyd edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: ABA   Bank   Güzəşt  





Xəbər lenti