Azərbaycanın yeni spikeri üçün özəl gün
Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan Sahibə Qafarova 1955-ci ildə anadan olub. S.Qafarova M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib. 1978-1980-ci illərdə Şəmkir şəhərində orta məktəbdə rus dili və ədəbiyyatı müəllimi kimi pedaqoji fəaliyyət göstərib.
1981-ci ildən bu günə qədər Bakı Slavyan Universitetində çalışır. 2000-2004-cü illərdə Qərb Universitetinin Qərbi Avropa Dilləri fakültəsinin dekanı və İngilis filologiyası kafedrasının müdiri vəzifələrində işləyib. 2004-cü ildən Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektorudur.
O, ədəbiyyat nəzəriyyəsi, müasir rus və Amerika ədəbiyyatları üzrə mütəxəssisdir. 70-dən çox elmi və tədris-metodik işin, proqramların, dərs vəsaitlərinin müəllifidir. Filologiyada Gender problemlərinin tədqiqi ilə məşğuldur. Azərbaycan alimi, filologiya elmləri doktoru, professordur.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü olub.
S.Qafarova 98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat seçilib, 2010-cu ildən Milli Məclisin üzvüdür.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Spiker MilliMəclis