Erməni hərbçi ağır cinayət törətdi: Ölən və yaralılar var

Erməni hərbçi ağır cinayət törətdi:  Ölən və yaralılar var
  19 Mart 2020    Oxunub:1821
Ötən gün axşam saatlarında Ermənistanın Tavuş rayonunda qətl hadisəsi baş verib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, 1 nəfərin öldüyü, 2 nəfərin isə yaralandığı hadisə Mehrab hərbi hissəsinin yaxınlığındakı Artsvaberd kəndinin mərkəzində qeydə alınıb.

Tavuş polis bölməsinin rəisi və Ermənistan İstintaq Komitəsinin Tavuş Regional İstintaq İdarəsinin Berd bölməsinin istintaq qrupu hadisə yerinə gəlib. Polis və müstəntiqlər öldürülən şəxsin Berd şəhərinin Ayqedzor qəsəbəsinin sakini, 23 yaşlı Boris Alipyan, yaralıların isə Ayqedzor sakini, 21 yaşlı Sarqis Babayan və David Tsakyan olduğunu müəyyənləşdiriblər.

Tavuş Prokurorluğunun nümayəndələri də hadisə yerinə cəlb olunub. Qətli törətməkdə şübhəli bilinən 26 yaşlı Artak M. saxlanılıb. Məlum olub ki, o, Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusdur.

Qeyd edək ki, Tavuş rayonu Ermənistanda ən çox qəza və cinayətlərin törədildiyi ərazilərdəndir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Erməni   Hərbçi   Həbs  





Xəbər lenti