123 Azərbaycan vətəndaşı Budapeştdən Bakıya gətirildi

 123 Azərbaycan vətəndaşı Budapeştdən Bakıya gətirildi
  19 Mart 2020    Oxunub:2780
Martın 19-na keçən gecə AZAL aviaşirkəti tərəfindən Budapeşt-Bakı istiqaməti üzrə yerinə yetirilmiş çarter reysi ilə 123 Azərbaycan vətəndaşı vətənə qayıdıb.
“Azərbaycan Hava Yolları” QSC-dən Azvision.az -a verilən məlumata görə, bu, Azərbaycanın Milli aviadaşıyıcısının Avropadan artıq ikinci çarter reysidir - dünən Romadan Bakıya 161 nəfər sərnişin gətirilib.

Həmçinin, martın 19-na keçən gecə İstanbul- Bakı istiqaməti üzrə 237 nəfər Azərbaycan vətəndaşının olduğu növbəti çarter reysi yerinə yetirilib.

AZAL və “Aeroflot” aviaşirkətləri razılaşma əsasında Rusiyadan (Moskva və Sankt-Peterburq) çarter reyslərini həyata keçirməyə davam edirlər. Bu günə qədər həmin reyslərlə Bakıya 697 nəfər Azərbaycan vətəndaşı gətirilib.

Azərbaycanın Milli aviadaşıyıcısı bu istiqamətdə işləri davam etdirəcək.

Azvision.az


Teqlər: AZAL   Təyyarə  





Xəbər lenti