Həssas təbəqədən olan ailələrə yardım edilib

Həssas təbəqədən olan ailələrə yardım edilib
  19 Mart 2020    Oxunub:1437
Novruz bayramı münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə həssas təbəqədən olan ailələrə dəstək göstərilib.
Bu barədə Azvision.az -a Komitədən məlumat verilib.

Bildirilib ki, icmada yaşayan 83 həssas təbəqədən olan ailəyə Azərbaycan Respublikasının Baş Nazirinin Koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə məqsədilə verdiyi tapşırıqlara əsasən onlara virusla mübarizə zamanı sosial izolyasiya qaydaları izah edilib.

Ailələrin sosial durumları nəzərə alınaraq bu çətin vəziyyətdə onlara dəstək olmaq məqsədilə bayram sovqatı təqdim olunub.

Azvision.az


Teqlər: Komitə  





Xəbər lenti