Daha 400 peşə və kvalifikasiya standartı hazırlanacaq

   Daha 400 peşə və kvalifikasiya standartı hazırlanacaq
  19 Mart 2020    Oxunub:1454
Prezident İlham Əliyevin 13 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”na əsasən həmin dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 400 peşə və kvalifikasiya standartının hazırlanması təmin olunacaq.
Azvision.az nazirliyə istinadən xəbər verir ki, həmin peşələr iqtisadiyyatın əsas sahələri üzrə əmək bazarında prioritet peşələrdəndir.

Tədbirlər Planında həmçinin 2020–2025-ci illərdə 500 peşə və kvalifikasiya standartının yenilənməsi işlərinin aparılması da nəzərdə tutulub. Qeyd edilən standartlar iqtisadiyyatın müxtəlif sahələri üzrə yaradılmış, aidiyyəti qurumların, aparıcı müəssisələrin, asossiasiyaların nümayəndələrindən ibarət sahə komissiyalarında müzakirə edilərək qəbul olunacaqdır.

Peşə və kvalifikasiya standartları peşə-ixtisas təhsilinin əmək bazarının tələblərinə uyğunlaşması, işçi qüvvəsinin rəqabətliliyinin artırılması və beynəlxalq standartlara uyğun kadr potensialının formalaşdırılması məqsədinə xidmət edir.

2010-2015-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının “Sosial Müdafiənin İnkişafı” layihəsi çərçivəsində289 peşə və 63 kvalifikasiya standartı hazırlanaraq işəgötürənlərin istifadəsinə verilib.

Azvision.az


Teqlər: Nazirlik  





Xəbər lenti