Dövlət Reklam Agentliyi 584 nəfəri məhkəməyə verib

   Dövlət Reklam Agentliyi 584 nəfəri məhkəməyə verib
  19 Mart 2020    Oxunub:1655
2019-cu ildə ölkə üzrə icazə sənədləri olmayan və yararsız 6125 ədəd reklamın açıq məkanda yayımı dayandırılıb.
Bunu Azvision.az -a açıqlamasında Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) mətbuat katibi Hüseyn Azəri bildirib.

Onun sözlərinə görə, 2019-cu ildə eyni zamanda təhlükəsizlik və estetik tələblərinə cavab verməyən reklam daşıyıcılarının əksər hissəsinin yeniləri ilə əvəz edilməsi istiqamətində zəruri tədbirlər görülüb.

“Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına yol vermiş şəxslər Dövlət Agentliyi tərəfindən reklam sahəsində mövcud qanunvericiliyin tələbləri barədə məlumatlandırılıb, həmçinin onlara yazılı bildiriş və xəbərdarlıqlar təqdim edilib. Lakin, aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, 2019-cu ildə qanunvericiliyin tələblərini pozmaqda davam edən reklam yayıcıları barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta haqqında 584 protokol tərtib edilərək, baxılmaq üçün aidiyyətı məhkəmələrə göndərilib”.

Aytən Zəhra
Azvision.az



Teqlər: ADRA   Reklam  





Xəbər lenti