“Hərbi aşpaz hazırlığı” kursu başa çatıb

“Hərbi aşpaz hazırlığı” kursu başa çatıb
  19 Mart 2020    Oxunub:1504
Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün fəaliyyət planına əsasən, “Hərbi aşpaz hazırlığı kursu”nu müvəffəqiyyətlə bitirən məzunların buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hazırlıq kursunda aşpazlara qidanın düzgün hazırlanması qaydaları, ərzaq məhsullarının emalı zamanı əmələ gələn tullantıların normaları, texnoloji avadanlıqlardan düzgün istifadə edilməsi, sanitariya-gigiyena tələblərinə ciddi riayət olunması və digər mövzular üzrə dərslər keçirilib.

Kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara və mülki işçilərə sertifikatlar təqdim edilib.





Azvision.az


Teqlər: Hərbi   Aşpaz  





Xəbər lenti