Avtobusla rayonlara gedənlərə 3 gün vaxt verildi

  Avtobusla rayonlara gedənlərə 3 gün vaxt verildi
  19 Mart 2020    Oxunub:3647
Nazirlər Kabineti yanında operativ qərargahla razılaşdırıldıqdan sonra qərara gəlinib ki, mart ayının 19, 20 və 21-i tarixlərində həm region qeydiyyatı olan sərnişinlərin, həm də Bakı, Sumqayıt və Abşeron qeydiyyatı olan sərnişinlərin regionlara gedişləri təmin olsun.
Azvision.az xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova deyib. Onun sözlərinə görə, Bakı Beynəlxalq Avtoğzal Kompleksi 3 gün adi iş rejimində çalışacaq.

"Regiona getmək istəyən sərnişinlərin gedişləri təmin olunacaq. Mart ayının 27 və 28-i tarixlərində regiondan paytaxta geri qayıtmaq istəyən Bakı, Sumqayıt və Abşeron rayon sakinləri olan sərnişinlərin geri dönüşü təmin olunacaq. Region qeydiyyatında olan sərnişinlərdən xahiş edərdim ki, avtovağzallara "Bəlkə qayıda bilərəm" fikri ilə yaxınlaşmayın. DANX və digər aidiyyatı strukturların əməkdaşları region avtovağzallarına ezam olunacaq və o müddətdə şəxsiyyət vəsiqələri yoxlanılaraq geri dönüş təmin olunacaq. 22, 23, 24, 25, 26 mart tarixləri üçün gediş-gəlişin hansı formada təyin olunacağına gəlincə, əgər tələbat olarsa, əlavə reyslər təmin oluna bilər. Bu barədə əlavə məlumat veriləcək".

Aytən Zəhra
Azvision.az


Teqlər: DANX  





Xəbər lenti