Sumqayıtda icra nümayəndəliyinin binası yanıb

  19 Mart 2020    Oxunub : 700
Sumqayıtda icra nümayəndəliyinin binası yanıb
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 150 m² olan qəsəbə icra nümayəndəliyinin yerləşdiyi birmərtəbəli, taxta konstruksiyalardan ibarət binanın tavanı və çardağı 80 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Sumqayıt   Yanğın