Lukaşenko Jirinovskiyə lətifə qoşdu: “Arvadına deyir ki, araq süz...”

Lukaşenko Jirinovskiyə lətifə qoşdu:  “Arvadına deyir ki, araq süz...”
  19 Mart 2020    Oxunub:10482
Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirusla bağlı iclasda rusiyalı siyasətçi, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski barədə lətifə danışıb.
Azvision.az xəbər verir ki, bundan əvvəl Jirinovski Lukaşenkonun koronavirusla mübarizə üçün araqla bağlı tövsiyələrini tənqid etmişdi.

"Jirinovski evə gəlir və həyat yoldaşına deyir: "Yüz qram süz, koronavirusdan müalicə edəcək". Həyat yoldaşı ona cavab verir: "Volodya, sən ki, indicə arağın kömək etmədiyini deyib Lukaşenkonu tənqid etdin". “Bunu mən başqaları üçün dedim, amma mənə süz gəlsin. Lukaşenko belə deyirsə, deməli, o, axmaq deyil", - Belarus Prezidenti bildirib.

Bundan sonra lətifənin süjetinə görə, arvad Jirinovskiyə deyir ki, hamamdan sonra yüz qram içmək lazımdır, Jirinovski ona cavab verir: “Bu ruslardadır, yəhudilərdə isə hamamdan əvvəl yüz qram, hamamdan sonra yüz qram".

"Vladimir Volfoviçdən üzr istəyirəm, amma bu əhvalatı danışmaya bilməzdim", - deyə Lukaşenko vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Lukaşenko   Jirinovski  





Xəbər lenti