Qatarların hərəkəti müvəqqəti bərpa olundu

  19 Mart 2020    Oxunub : 1242
 Qatarların hərəkəti müvəqqəti bərpa olundu
Bayram tətili günlərində bölgələrə səfər etmək istəyən sərnişinlərin müraciət və istəklərini nəzərə alaraq, “Azərbaycan Dəmir Yolları” QSC ölkədaxili bütün istiqamətlərdə qatarların hərəkətini müvəqqəti bərpa edir.
Qurumdan Azvision.az-a verilən məlumata görə, 19 və 20 mart tarixlərində Bakıdan yola düşən Bakı-Böyük Kəsik, Bakı-Köçərli-Balakən, Bakı-Astara-Horadiz qatarlarına, martın 20-də isə Bakı-Gəncə sürət qatarına bir istiqamətdə bilet satışına başlanılıb.

“Sərnişinlərin nəzərinə çatdırırıq ki, qatarlar martın 20 və 21-də geriyə sərnişinsiz qayıdacaq”, - deyə məlumatda qeyd olunub.

Azvision.az

Teqlər: Qatar