Türkiyə daha iki ölkə ilə sərhədləri bağladı

  19 Mart 2020    Oxunub : 996
 Türkiyə daha iki ölkə ilə sərhədləri bağladı
Türkiyə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Yunanıstan və Bolqarıstanla sərhədləri bağlayıb.
Azvision.az -ın məlumatına görə, Türkiyə ilə Yunanıstan arasında “Pazarkule”, “İpsala” və “Uzunkörpü”, Bolqarıstanla sərhəddə isə “Dereköy”, “Hamzabeyli” və “Kapıkule” sərhəd-keçid məntəqələrində vətəndaşların giriş-çıxışına qadağa qoyulub.

Qabaqlayıcı tədbirlər çərçivəsində Yunanıstanın mərkəzi limanından, həmçinin yunan adalarından Türkiyəyə gəmi səfərləri də qarşılıqlı olaraq dayandırılıb.

Azvision.az

Teqlər: Türkiyə   Sərhəd