Miqrasiya Xidməti əcnəbilər üçün elektron xidmətlər təqdim edir

  19 Mart 2020    Oxunub : 1084
 Miqrasiya Xidməti əcnəbilər üçün elektron xidmətlər təqdim edir
Dövlət Miqrasiya Xidməti qəbul şöbələrinin (bölmələrinin) bəzi xidmətlərlə bağlı fəaliyyətinə dair elan verib.
Azvision.az -ın məlumatına görə, Dövlət Miqrasiya Xidməti bildirir ki, koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərini nəzərə alaraq, Xidmətin qəbul şöbələrində (bölmələrindən) çoxlu sayda insanın toplaşmasının qarşısının alınması məqsədilə hazırda bir sıra xidmətlər, o cümlədən əcnəbilərin ölkəmizdə müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti yaşama icazələrinin alınması (uzadılması) yalnız elektron qaydada (https://eservice.migration.gov.az) həyata keçirilir.

Lakin bəzi regionlarda əcnəbilərin elektron xidmətlərdən istifadə imkanlarının olmaması səbəbindən elektron qaydada DMX-ə müraciət edə bilmirlər. Bu hallarda əcnəbilərin ölkəmizdə müvəqqəti olma müddətinin və müvəqqəti yaşama icazələrinin alınması (uzadılması) ilə bağlı bu il martın 20-28-də Xidmətin regional miqrasiya idarələri (Bakı şəhər regional miqrasiya idarəsi istisna olmaqla) üzrə qəbul şöbələrinə (bölmələrinə) sənəd qəbulu yalnız əvvəlcədən yazılmaqla həyata keçiriləcək.

Əvvəlcədən yazılmaq üçün əlaqə nömrələri:

Şirvan regional miqrasiya idarəsi: (021) 215-71-23

Şəki regional miqrasiya idarəsi: (024) 245-21-28

Gəncə regional miqrasiya idarəsi: (022) 265-19-29

Lənkəran regional miqrasiya idarəsi: (025) 252-62-83

Xaçmaz regional miqrasiya idarəsi: (023) 325-60-19

Ağsu regional miqrasiya idarəsi: (077) 444-08-84

Yevlax regional miqrasiya idarəsi: (022) 337-82-05.

Digər hallarda isə əcnəbilərin Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi elektron xidmətlərdən maksimum dərəcədə yararlanmaları xahiş olunur.

Əlavə olaraq, DMX bildirir ki, rüsum vaxtında ödənildikdən sonra əcnəbilər tərəfindən hazır sənədin bir müddət götürülməməsi heç bir məsuliyyət yaratmır.



Azvision.az

Teqlər: Miqrasiya-Xidməti   DMX