Hərbi qulluqçular şəhid ailələrini ziyarət edib

  19 Mart 2020    Oxunub : 746
Hərbi qulluqçular şəhid ailələrini ziyarət edib
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Novruz bayramı münasibətilə hərbi qulluqçular şəhid ailələrini ziyarət edib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, bayram münasibətilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi yad edilib, şəhid ailələrinə baş çəkilib onlara Ordu rəhbərliyinin təbrikləri çatdırılıb və bayram sovqatları təqdim olunub.

Azvision.az

Teqlər: Müdafiə-Nazirliyi